"Qida təhlükəsizliyi" mövzusunda seminar
Məktəbin texnologiya müəllimi Leyla Abdullayeva və 8 "B" sinif şagirdlərinin iştirakı ilə "Qida təhlükəsizliyi" mövzusunda seminar keçirilib. Şagirdlər qidalanma üçün təhlükə yaradan ev şəraitində hazırlanan konservləşdirilmiş ərzaqlardan istifadənin zərərli olduğunu göstərən videoçarxı izləyiblər. Gündəlik qidalanma zamanı sağlam qida rasionunun vacibliyini öyrəniblər. Şagirdlərə bu sahənin ixtisaslaşmış şəxslər tərəfindən nəzarətdə olduğu diqqətə çatdırılıb.