12 dekabr-Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 7-də məktəbin kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da ulu öndərin təhsilin, cəmiyyətin inkişafında rolunu daim yüksək qiymətləndirdiyi qeyd edilib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcı olması vurğulanıb. 1994-cü il sentyabr ayının 20-də Gülüstan sarayında bağlanan "Əsrin müqaviləsi" haqqında danışılıb. Ulu öndərin arzusunda olduğu, lakin ömrü vəfa etmədiyi üçün başa çatdıra bilmədiyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı fikirləri səsləndirilib. Lakin bu şərəfli işin Ali Baş Komandan İlham Əliyevin ordumuz və xalqımızla birgə yerinə yetirməsi də tarixi bir səhifə kimi vərəqlənib. Sonda müdrik insan Heydər Əliyevin ruhu qarşısında dərin etiramla baş əyilib və bir dəqiqəlik sükut elan edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi