"Dəyirmi masa"

Dekabrın 6-da məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Rauf Nəcəfquliyev XI sinif şagirdləri ilə "Ümummilli lider Heydər Əliyevin vəfatının 19 illiyi"nə həsr olunmuş "dəyirmi masa" keçirib. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən məruzələr dinlənilib. Dahi şəxsiyyətin sərəncamı ilə yaradılmış təhsil müəssisələri, xüsusilə, hərbi təyinatlı Cəmşid Naxçıvanski adına liseylə bağlı videoçarx nümayiş etdirilib. Dahi liderin 12 dekabr 2003-cü il tarixdə ABŞ-ın Klivlend Klinikasında 80 yaşında ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd edilib. Heydər Əliyevin dəfn mərasiminin 2003-cü il dekabr ayının 15-də Bakı şəhərində Respublika sarayında keçirildiyi vurğulanıb. Dəfndə 250000 nəfərin iştirak etdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda ulu öndərin Naxçıvan MR Milli Məclisində dalğalandırdığı üçrəngli Azərbaycan bayrağı ilə bağlı görüntülər təqdim edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi