"Erkən nikah və qohum evlilikləri"

Noyabrın 29-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərova Qönçə,  psixoloq Nazilə Hüseynova müəllimin təşəbbüsü ilə "Erkən nikah və qohum evlilikləri" mövzusunda müzakirə təşkil olunub. Erkən nikahın mənfi təsirləri, fəsadları barədə söhbət açılıb. Qohum evliliklərin bir sıra problem yaratdığı vurğulanıb. Belə halların boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bəzi statistik məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. "Qırmızı xətt"ə daxil olan Aran iqtisadi rayonu, Dağlıq-Şirvan iqtisadi rayonu, Lənkəran iqtisadi rayonunda bu kimi halların çox baş verdiyi vurğulanıb. Qohum evliliyin və erkən nikahların qarşısının alınmasında 3 mühüm komponentin-təhsil və maarifləndirmə, qınaq və hüquqi məsuliyyətin mühüm rolu olduğu vurğulanıb. 

Sonda mövzu ilə bağlı real həyat hekayələri, anonim müsahibələr şagirdlərin diqqətinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi