Qiçs-lə mübarizə günü mövzusunda söhbət

Noyabrın 28-də məktəbin tibb bacısı Gülər Şahverdiyeva QİÇS-(Qazanılmış İmmun Çatışmazlıq Sindromu) el arasında SPİD kimi tanınan infeksion HİV virusu haqqında  yuxarı sinif şagirdləri ilə maarifləndirmə xarakterli tədbir keçirib. Xəstəliyin cinsi yolla, eləcə də qan vasitəsilə orqanizmə düşdüyü vurğulanıb. Hətta tatuaj, pirsinq zamanı da infeksiyaya yoluxma hallarının yüksək olduğu vurğulanıb. Xəstəliyin uzun müddət gizli gedə bildiyini, bəzi simptomlarının isə qrip virusunun xatırlatdığı nəzərə çatdırılıb. Qızdırma, gecə tərləmələri, şişmiş limfa düyünləri, ürəkbulanma kimi əlamətlərin ola biləcəyi də diqqətə çatdırılıb. HİV infeksiyasına yoluxan 35 milyon insanın dünyasını dəyişdiyi qeyd olunub. 15-49 yaşlı şəxslər arasında 0.8%, Afrika ölkələrində isə 25% olduğu vurğulanıb. Ən pis cəhətinin qoruyucu peyvəndinin olmamasıdır. Lakin maarifləndirmə sayəsində orta Avropada yoluxma hallarının qarşısının alınmasına nail olunduğu bildirilib. Şagirdlərə bu barədə bəzi həyat hekayələri danışılıb, maarifləndirmə xarakterli video çarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi