“Məktəbdə Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?” adlı seminar keçirilib

Məktəbdə Təhsil Nazirliyinin və COMMUNITY.AZ-ın dəstəyi, Dərs Evi-innovativ tədris mərkəzinin təşəbbüsü ilə “Məktəb icmaları” təşkilatı çərçivəsində “Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?” adlı seminar keçirilib. Seminarda yuxarı sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər. Seminarda şagirdlərin ali məktəblərə necə hazırlaşmaları üçün nümunələr göstərilib, testlərin hansı üsullarla daha tez cavablandırılması nümayiş etdirilib. Seminar iştirakçıları tərəfindən şagird və valideynlərə seminar qeydiyyatı adlı nümunələr paylanılıb. Seminarın aparıcısı Turana Hüseynli şagirdləri qeydiyyatdan keçməyə və bu zaman sınaq imtahanlarına pulsuz dəvət olunacaqlarını bildirib. Seminar şagirdlərin və iştirakçıların verdikləri sualları qarşılıqılı cavablandırılması ilə yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi