“Azərbaycan müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planına əsasən “Azərbaycan müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda "dəyirmi masa" keçirilib. Dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan C.Hacıbəylinin keçdiyi şərəfli həyat yolu işıqlandırılıb. Dəyirmi masa iştirakçıları mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidməti olan C.Hacıbəylinin çoxşaxəli yaradıcılığını dəyərləndiriblər. Onun 1919-cu ilin yanvar ayının 7-də Ə.Topçubaşovla birlikdə Versal Sülh Konfransında yeni yaranmış müstəqil dövlətimizin tanınması üçün apardığı işlər təhlil edilərək dəyirmi masa iştirakçılarına təqdim edilib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini dəyirmi masa iştirakçılarına müstəqilliyimizin əldə olunması üçün mübarizə aparmış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri haqqında belə tədbirlərin keçirilməsinin zəruri olduğunu bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi