"Dəyirmi masa"

Hər il ölkəmizdə 12 noyabr-Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün, 17 noyabr-Milli Dirçəliş Günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

Bu tarixi günlər münasibətilə məktəbin kitabxanasında VII sinif şagirdlərinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan "dəyirmi masa"da tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova şagirdlərə Konstitusiya Günü və Milli Dirçəliş Günü ilə əlaqədar ətraflı məlumat verib.

Müzakirələr zamanı Konstitusiyaya görə hakimiyyətin mənbəyinin xalq olaraq göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Bildirilib ki, bu, öz xalqına, vətəndaşına verilən yüksək dəyərdir.

Sonda şagirdlər Milli Dirçəliş Günü haqqında hazırladıqları məlumatları "Dəyirmi masa" iştirakçıları ilə bölüşüblər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi