Zəfər Günü və Dövlət Bayrağı Günü

Noyabrın 5-də məktəbin foyesində 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova, ibtidai sinif şagirdləri və məktəbin müəllimləri iştirak ediblər. 

Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. 

Şagirdlərin əllərində bayramla əlaqədar olaraq çəkilmiş şəkillər, bayraqlar və şəhidlərimizin şəkilləri olub. Şagirdlər Zəfər Günü və Dövlət Bayrağı Gününü əks etdirən şeirlər söyləyiblər. Çıxışları zamanı şagirdlər ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kəlamlarından sitat gətirərək tədbiri daha da təsirli ediblər. 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi