"30 ilin həsrəti" adlı tədbir

Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Azərbaycan rəşadətli Ordusunun 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəsi təmin olundu və torpaqlarımız işğaldan azad olundu.

Noyabrın 4-də məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayevanın rəhbərliyi ilə "30 ilin həsrəti" adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şagirdlər səhnəciklər nümayiş etdirib, hazırladıqları slaydları göstəriblər. 

Tədbirin sonunda məktəbin direktor əvəzi Tamilla Xankişiyeva çıxış edib. Tədbirdə iştirak edən veteranlar Ruslan Kərimov və Şahmar Yusifova söz verilib və igidlər də onlara təhsil verən müəllimlərə təşəkkürlərini bildiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi