Şuşa-28 illik həsrətə son!

Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Bu münasibətilə məktəbin 2 "B" sinif şagirdləri maarifləndirici film izləyiblər. Qarabağın döyünən ürəyi olan Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bədii film Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq!" cümlələri ilə başlayıb, Şuşa qalasının, Yuxarı Gövhər Ağa məscidinin, M.P.Vaqifin məqbərəsinin görüntüləri ilə davam etdirilib. Şagirdlər göstərilən bədii film ilə bir daha Azərbaycanın Ali Baş Komandanın, Azərbaycan əsgərinin gücünü anlamış, ləyaqət və şərəf hissi ilə torpaqlarımızın necə azad olduğunu bir daha gözləri ilə görmüşlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi