Məktəbdə “Ölkəmizdə uşaq hüquqları” mövzusunda "dəyirmi masa" keçirilib

Məktəbdə “Ölkəmizdə uşaq hüquqları” mövzusunda "dəyirmi masa" keçirilib. Dəyirmi masaya məktəbin direktoru, təlim/tərbiyə işləri üzrə direktor müavini və yuxarı sinif şagirdləri dəvət olunub. Məktəbin direktoru Samirə Əkbərova insan hüquqlarının qorunmasından, ölkədə olan tolerantlıqdan söhbət açıb. Multukultralist dəyərləri dünyaya örnək olan Azərbaycanımızda başqa xalqlara olan hörmət və qarşılıqlı münasibətləri təhlil edib. Daha sonra humanitar fənləri tədris edən fənn müəllimləri Azərbaycanda uşaqların hüquqlarından söhbət açıblar. Onlar bildiriblər ki, uşaqların hüquqlarını qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamənin qəbulu olub. Bu sənəd “ Cenevrə bəyannaməsi” adlanır. 1959-cu ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsi” qəbul edib. Dəyirmi masada iştirak edən yuxarı sinif şagirdləri fikirlərini bölüşərək bildiriblər ki, uşaqların qorunmasına dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu ildə noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Üşaq Hüquqları Konvensiyası” olub. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Dəyirmi masanın təşkilatçısı Qönçə müəllimə dəyirmi masa iştirakçılarına öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi