Zəfər Günü ilə bağlı konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq məktəbin kitabxanasında konfrans keçirilib. Konfransda məktəbin VI, VII sinif şagirdləri iştirak ediblər. Məktəbin kitabxana müdiri Rəisə İsrafilova çıxış edərək bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı!

Zəfər Günü ilə əlaqədar şagirdlər də öz fikirlərini və təəssüratlarını bölüşüblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi