"Şuşa Qarabağın döyünən ürəyidir"

Noyabrın 3-də məktəbin 11-ci sinif şagirdlərinin iştirakı ilə "Şuşa Qarabağın döyünən ürəyidir" mövzusunda “dəyirmi masa” keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərindəki məscid və digər obyektlərdə aparılan tikinti-quruculuq işlərinə göstərdikləri diqqət və qayğısından söhbət açılıb. Ölkə başçımızın Şuşanın azad olunmasından sonra bərpa edilən Vaqif Poeziya günlərinin açılışındakı çıxışı xatırlanıb. Müzəffər Ali Baş Komandanın "Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri səsləndirilib. Həmçinin ölkə başçısının "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!  Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu bu gün şaddır! Gözün aydın olsun, Azərbaycan!" sözləri ilə həmin tarixi gün bir daha xatırlandı. Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğanın Şuşa haqqındakı söylədiyi nitqi də dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi