Hərbi Qənimətlər Parkına ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 sentyabr 2022-ci il tarixli, F-300 nömrəli əmrinə əsasən "7-dən 17-yə vətənpərvərlik" layihəsi çərçivəsində məktəbin şagirdlərinin Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.

Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilib. Həmçinin müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər 44 günlük Vətən Müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi