Məktəbdə “Şəhidlər ölmür, Vətən bölünmür!” adlı tədbir keçirilib

Məktəbdə “Şəhidlər ölmür,Vətən bölünmür!”adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində Nəsimi rayon Veteranlar Şurasının sədri-İsmayıl Fərəcov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri-Azər Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru xalqımızın keçdiyi şanlı qəhrəmanlıq tarixindən danışıb. Samirə xanım bu qəhrəmanlıq səhifələrindən birinin də Aprel döyüşləri olduğunu qeyd edib.Daha sonra müharibə veteranları özlərinin keçdiyi döyüş yolu haqqında şagirdlərə ətraflı məlumatlar veriblər. İcra hakimiyyətinin nümayəndələri “Şəhidlər ölmür, Vətən bölünmür!” mövzusunda keçiriləcək inşa yazı müabiqəsində iştirak etmək üçün şagirdlərə məlumatlar veriblər.Tədbir şagirdlərdə vətənpərvərlik ruhunu daha da gücləndirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi