"Zəfər tarixi" adlı konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli əmrinə əsasən məktəbin akt zalında "Zəfər tarixi" adlı konfrans keçirilib. Konfransda məktəbin müəllimləri və 9-cu sinif şagirdləri iştirak ediblər. Əvvəlcə məktəbin tarix müəllimi Qönçə Cəfərova şanlı Zəfər tariximiz haqqında ətraflı məlumat verib. Azərbaycanın ərazi bütövlüyü və müdrik Prezidentimiz İlham Əliyevin əvəzolunmaz tarixi xidmətləri barədə geniş məlumat verilib. Vətənimizin ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Onların Vətən və xalq qarşısında müstəsna xidmətləri qeyd olunub.

Gənc nəslin vətənpərvərlik ruhu şəhid və qazilərimizin timsalında aydınlaşdırılıb. Şagirdlər onların yolunu davam etdirəcəklərinə and içiblər. Konfransda ordumuzun şücaəti, yenilməzliyi qeyd olunub və müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi