Açıq dərs

Azərbaycanın böyük şairi Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq məktəbdə bir sıra tədbirlər həyata keçirilib.

Məktəbdə Ə.Cavadın həyat və yaradıcılığına həsr olunmuş bir sıra tədbirlər: şeir müsabiqəsi, açıq dərslər, "dəyirmi masa"lar təşkil edilib. Yuxarı siniflərdə təqdimatlar yazılıb, şairin həyat və yaradıcılığını əks etdirən fotostend düzəldilib.

Oktyabrın 25-də 9 "A" sinfində sinifdənxaric oxu saatında repressiya qurbanları Ə.Cavadın "Göy göl", "Al bayrağa" və mühacirət ədəbiyyatı A.İldırımın "A dağlar" mövzusunda açıq dərs təşkil olunub. 

Açıq dərsdə məktəbin direktor əvəzi Tamilla Xankişiyeva, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova, ədəbiyyat müəllimləri Raminə Həsənova və Aynur Novruzova iştirak ediblər. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova dövrün ictimai-siyasi quruluşu, xalqımıza sovet imperiyasının vurduğu zərbələr və repressiya qurbanları haqqında ətraflı məlumatlar verib. 

Daha sonra Ə.Cavadın ayrı-ayrı əsərlərinin məzmunu və təhlili üzərində iş aparılıb. Ceyran müəllimə şagirdlərdə vətənpərvərlik ruhu aşıladı və istəyinə nail oldu. Repressiya qurbanları Ə.Cavadın timsalında yad edilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi