Fəxri Xiyabanı ziyarət
Azərbaycan xalqı tarixi zəfəri, əldə edilən uğuru, itirdiyi Vətən övladlarını unutmadı, unutdurmayacaq!
Odlar yurdunun qəhrəman əsgərləri hər bir məktəblinin qəlbində dərin iz qoymuş, yaddaşlarına həkk olunmuşdur. Məktəbin 8 "A" sinif şagirdləri də yaddaşlardan silinməyən o günləri yad edib, Fəxri Xiyabanı ziyarət ediblər.
Hər yandan ana fəryadı ucalan bu yerdə şəhidlərimizi anmaq, onları yad etmək hər bir Azərbaycanlının borcudur!