Sağlam həyat və zərərli vərdişlər

Oktyabrın 14-də məktəbin tibb bacısı Gülər Şahverdiyeva şagirdlərlə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda maarifləndirici söhbət aparıb. O, şagirdlərə zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu ziyanlar, ailədaxili münasibətlərdə yaratdığı problemlər haqqında danışıb, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağı tövsiyə edib.

Daha sonra şagirdlərin mövzuya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi