"Şuşa ili"nə həsr olunmuş sərgi

Oktyabrın 11-də məktəbin dəhlizində şagirdlər tərəfindən 44 günlük Vətən Müharibəsini özündə əks etdirən sərgi təşkil olunmuşdur. Sərgidə Şuşanı, Xarı-bülbülü, Qarabağ müharibəsini özündə əks etdirən rəsm əsərləri, əl işləri, müxtəlif təqdimatlar hazırlanıb nümayiş olunmuşdur. Şagirdlərin ərsəyə gətirdikləri sərgidə Qarabağ haqqında rəsmlər nümayiş etdirmiş, qarış-qarış işğaldan azad olunan torpaqlarımızın tarixi ilə bağlı məlumatlar verilərək sərgi iştirakçıları məlumatlandırılmışdır. "Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz" fikirlərini dəstəkləyən əl işləri şagirdlərin vətənpərvərlik hisslərini üzə çıxarmış, onlarda Qarabağ sevgisini ön plana çəkmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi