Şairin 130 illiyinə həsr olunmuş tədbir

Oktyabrın 11-də məktəbin kitabxanasında, öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Kitabxana müdiri Rəisə İsrafilova şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, onun bədii, siyasi, ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Şairin Azərbaycan müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk gündən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib.

Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şair kimi yaddaşlarımızdan heç zaman silinməyəcək. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi