Şagirdlər Bakı Beynəlxalq Kitab sərgisində
Oktyabrın 8-də məktəbin şagirdləri Bakı Beynəlxalq Kitab sərgisində iştirak ediblər. 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunduğu sərgi "Şuşa ili"nə həsr olunduğu üçün hamının marağına səbəb olub. Sərginin məqsədi kitab və mütaliənin təbliği idi. Şagirdlər həmçinin müxtəlif incəsənət nümunələri, intellektual oyunlarla tanış olublar. "Səsli kitab"la tanışlıq isə şagirdlərdə gözəl təəssürat oyadıb.