Məktəbəhazırlıq qrupunda ilk dərs günü

Oktyabrın 3-də məktəbəhazırlıq qrupunun ilk dərs günü olub. Məktəbin müəllim kollektivi və şagirdləri balaca fidanları çox sevinclə qarşılayıblar. Bu, fidanların məktəblə ilk tanışlığı idi. Fidanlara hər şey çox yaxşı görünürdü. Onların qarşısında yeni aləm açılırdı. Bu aləmə qədəm qoymaları onların təhsil ocağından aldıqları təəssüratdan asılı idi.

Beş yaşlı uşaqlar əvvəlcə Milli Qəhrəmanımız Yusif Mirzəyevin büstü qarşısına çiçək dəstələri qoyublar. Sonra onlar sinif otağına daxil olublar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva və sinif müəllimi Yeganə Quliyeva onları gülərüzlə qarşılayıblar. Daha sonra uşaqlara dərs kitabları paylanılıb. Onlar şeir söyləyib, şəkil çəkib, musiqiyə qulaq asıb, rəqs ediblər. Bu gün onların çox xoşuna gəlib. Həvəslə dərsə gələcəklərini söyləyiblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi