30 illik işğala son qoyan 44 günlük Vətən Müharibəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/166461750663380c22aa7010.60152731.jpg)
Sentyabrın 27-də məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Rauf Nəcəfquliyev tərəfindən 44 günlük Vətən Müharibəsinə həsr edilmiş "dəyirmi masa" keçirilib. Sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsində 30 ilə yaxın işğalda olmuş ərazilərimizin azad olunması ilə bağlı videoçarx nümayiş etdirilib. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın keçdiyi şərəfli ömür yolu haqqında təqdimatlar dinlənilib və qısa metrajlı videolar izlənilib. İgid əsgəri, müzəffər komandanı olan ordunun azad Vətəni, bayrağı zirvədə olmalıdır-şüarı ilə dəyirmi masa iştirakçıları Şəhidlərin ruhunu yad edib, qazilərimizə şəfa diləyiblər.