Anım Günü ilə bağlı "dəyirmi masa" keçirilib

Sentyabrın 26-da məktəbin kitabxanasında Anım Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib. Dəyirmi masada Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin kitabxana müdiri Rəisə İsrafilova şagirdlərə 44 günlük müharibə haqqında məlumat verib. 30 illik işğal zamanı düşmənlərin vandallıq əməllərindən söhbət açılıb. Şagirdlər də bu müharibə ilə bağlı araşdırmalarını təqdim ediblər. Müzakirə zamanı düşmənin törətdiyi vəhşiliklərin nəinki Azərbaycan, hətta region üzrə fəsadlarından söhbət açılıb. Həmçinin Qarabağda hazırda aparılan abadlıq-quruculuq işlərindən də danışılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi