27 sentyabr Anım Günü

27 sentyabr tariximizə qızıl hərflərlə yazılan Zəfər tariximizin başlandığı gün oldu. Xalqın istəyi, Ali Baş Komandan-müzəffər ordunun yenilməz sərkərdəsi İlham Əliyevin başçılığı ilə 30 illik Vətən torpaqlarına qovuşacaq arzusu baş tutdu. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə "Dəmir yumruq"la erməni faşizminin başını əzdi. Türk oğlunun şücaətini dünyaya bəyan etdi. Bu qələbə müqəddəs şəhidlərimizin qanı, qazilərimizin rəşadəti ilə əldə olundu. Gənc nəsillər zaman keçdikcə qürurla bu tarixi günü xatırlayacaq, onların qanları ilə aldıqları Zəfər bayrağını həmişə Vətən torpaqları üzərində dalğalandıracaqlar.

Məktəbdə 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin həyətində şagirdlər sıra düzülüşü ilə dayanaraq Azərbaycan Bayrağını, şəhidlərin şəkillərini başları üzərinə qaldıraraq bir dəqiqəlik sükutla Vətən qəhrəmanlarını anıblar.

Tədbirdə şagirdlər Zəfər tariximizdən qürurla söhbət açıblar. 27 sentyabr Anım Günü hər bir şagirdin zehnində vətənpərvərliklə dolu qürur gününə çevrilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi