Sinif rəhbərlərinin iclası keçirilib

Sentyabrın 17-də məktəbdə sinif rəhbərlərinin iclası keçirilib. İclasda ilk öncə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Şərəfli və məsuliyyətli peşələrində uğurlar arzu edib. Sinif rəhbərlərinin cari ildə görəcəkləri işlər müzakirə edilib, şagird-müəllim-valideyn münasibətlərindən söz açılıb. Tədrisdə geri qalan, davranış qaydalarına əməl etməyən şagirdlər haqqında müəyyən tədbirlər planı təqdim edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi