Bilik Günü

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. 

Dərs ilinin başlanması münasibəti ilə ölkəmizdə Bilik Günü qeyd edilib. Azərbaycan Ermənistan sərhəddində baş vermiş təxribatda verdiyimiz itkilərlə əlaqədar olaraq bu ilin ilk dərs günü təntənəli şəkildə qeyd edilmədi. 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Arifə Balakişiyeva şagirdləri Bilik Günü münasibətilə təbrik edərək, uğurlar arzulayıb. 

2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır" mövzusuna həsr olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi