"Son zəng"

İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun məsləhətçisi İlahə Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən qonaqlar məzunlara xoş arzularını çatdırıblar. 

Məktəbin direktoru Arifə Balakişiyeva məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb.

Tədbirin sonunda 2021-2022-ci tədris ilində uğurlu nəticələr göstərən məzunlara sertifikat təqdim olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi