1 iyun-"Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür

1 iyun-"Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.

İyunun 1-də məktəbdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbir əsasən 1-cilər tərəfindən keçirilib. Onlar həmin gün Azərbaycana, vətənə, müəllimə aid şeirlər söyləyib, mahnılar ifa edib, rəqs edib, tamaşa göstəriblər.

Bu gün onların həyatında unudulmaz izlər qoyub. Tədbirin sonunda hər bir şagirdə sertifikaf təqdim olunub.

Gələcəyimizi qorumaq, onları şən və gümrah yetişdirmək hamımızın borcudur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi