"Kim? Nə? Hara?" intellektual oyunu keçirilib

İyunun 3-də məktəbdə X siniflər arasında "Kim? Nə? Hara?" intellektual oyunu keçirilib. Bu yarışda "Şuşa" və "Zəfər" komandaları iştirak ediblər. Şagirdlər çox həvəslə müxtəlif elm sahələrini əhatə edən sualları cavablandırıblar. Bəzi suallara daha da geniş məlumat veriblər.

Münsiflər heyəti məktəbin direktoru Arifə Balakişiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova, psixoloq Nazilə Hüseynova yarışın yekununa əsasən komandaları müəyyənləşdiriblər.

Yarışda "Şuşa" komandası üstünlük təşkil edib və I yerə layiq görülüb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi