"İbtidaidən Aliyə" layihəsinə start verilib

Məktəbin ibtidai sinif müəllimi, eyni zamanada, yeni təşəbbüsləri özündə cəmləyən "İbtidaidən Aliyə" layihəsinin rəhbəri Təranə Nuriyeva BSU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi Günel Qurbanova ilə sözügedən layihənin icrasına başlayıblar. Layihədə əsas məqsəd Universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasında təhsil alan 1-ci kurs tələbələri ilə məktəbin 4-cü sinif şagirdlərinin eyni mühitdə öyrənmələrini təmin etmək idi. Dərs prosesi zamanı şagirdlər və tələbələr qruplara bölünərək iş vərəqlərində verilən tapşırıqları yerinə yetirməyi çalışıblar. Həm universitet, həm də orta məktəb proqramına uyğun keçilən dərs şagirdlər və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Dərs prosesi zamanı tələbələr şagirdlərə dəstək olublar, verilmiş tapşırıqlara və suallara hərtərəfli izahlar veriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi