Şagirdlər ADU-da ekskursiyada olublar

Mayın 23-də məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində ekskursiyada olublar. Şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar.
Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən, Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu, Avstriya kitabxanası və s. olublar.