Milli Qəhrəman Yusif Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Mayın 23-ü məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. İlk olaraq tədbirdə Vətən uğrunda canını qəhrəmancasına fəda etmiş şəhid Yusif Mirzəyevin əziz xatirəsi yad edilib.

Tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva çıxış edərək, Yusif Mirzəyevin həyatı və keçdiyi döyüş yolu haqqında danışıb. Şagirdlər qəhrəmana həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. 

Tədbirin yekununda vətənpərvərliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi