Məktəbdə “Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirilib

Məktəbdə “Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirilib. Tədbir 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya günlərinə həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncəma əsasən, hər il noyabr ayının 9-u Bayraq Günü kimi qeyd edilir. Ulu öndərimiz Heydər Əliyev dövlət müstəqilliyimizin rəmzi olan bayraq haqqında demişdir: “Bayrağımız, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.” Məhz Azərbaycan Respublikasının Konstitusiyası da ulu öndərimizin böyük zəkasının bəhrəsi kimi xalqımıza xidmət edir. Tədbirdə dövlət bayrağımızın tarixi haqqında verilən məlumatlar bizim qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Daha sonra tədbirdə IX-X sinif şagirdlərinin nümayiş etdirdikləri səhnəciklərdə bayrağımıza olan məhəbbət ifadəsini əks etdirirdi. Bayrağımıza həsr olunmuş əbədi-bədii kompozisiya şagirdlərdə daha çox maraq doğurub. Onlarada vətənpərvərlik hissini daha da gücləndirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi