Məktəbdə ulu öndərə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bu günkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Xalqımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir.

Mayın 10-da məktəbdə ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Onun həyat yolunu əks etdirən qısa metrajlı film nümayiş olunub. Tədbir "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" nidaları altında başa çatıb. Öz ömrünü öz vətəni uğrunda fəda vermiş insanın xatirəsi daima ürəklərdə, könüllərdə qalacaq. Ulu öndər kimi yolumuza çıraq, həyatımıza nur salacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi