Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "dəyirmi masa"

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Aprelin 27-də məktəbdə "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"da Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu öz əksini tapıb. Şagirdlər bir çox dünya şöhrətli alimlərin bu insan haqqında dediklərini yada salıb, onun necə şərəfli ömür keçdiyini qeyd ediblər. 

Bundan başqa şagirdlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən divar qəzetləri hazırlayıblar. Bu qəzetlərdə şagirdlər öz dərin hörmət və məhəbbətlərini bildiriblər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi