"Əziz Şuşa, sən azadsan!"

Xalqımızın qəhrəmanlıq tarixinin simvoluna çevrilən Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin "Şuşa ili" elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə məktəbdə "Əziz Şuşa, Sən azadsan!" mövzusunda inşa müsabiqəsi keçirildi. Məktəbdaxili mərhələyə kompüter əsaslı olmaqla IX-XI sinif şagirdləri cəlb olundular. Bu mərhələdə uğur qazanan şagirdlər seçilərək rəğbətləndirildi və I yer tutan şagirdimiz IX'"A" sinif şagirdi Yusifova Nəzrin qeydiyyatdan keçərək Bakı Şəhəri üzrə 14.10.2022-ci tarixdə Nəsimi rayonunda keçirilmiş mərhələdə iştirak etmişdir. Nəzrinin inşası öz məzmunu baxımından fərqlənirdi. Şagird Qarabağın, Şuşanın tarixi barədə ətraflı məlumat vermişdir. Bundan başqa təbiətin nadir incisi sayılan tarixi məkanımızın gözəlliklərindən söhbət açmış, Qarabağ torpağının yetişdirdiyi böyük şəxsiyyətlər haqqında məlumat vermişdir. Nəzrin Şuşanın işğal tarixindən ürək ağrısı ilə bəhs edərək hislərini orijinal ifadə etmiş, I Qarabağ müharibəsi dövründə həlak olmuş qəhrəmanlardan bəhs etmişdir. 30 il ərzində Qarabağın erməni vandalizmi tərəfindən yerlə yeksan olunması inşada öz əksini tapmışdır. Ali Baş Komandanın yeritdiyi müdrik siyasət sayəsində əldə olunmuş nailiyyətlər və ordu quruculuğu göstərilmişdir. Hadisələrin ardıcıllığına fikir verən şagird II Qarabağ müharibəsi və Müzəffər Ordumuzun tarixi qələbəsi haqqında da ətraflı məlumat yazmışdır. Ali Baş Komandan İ.Əliyevin müstəsna daxili və xarici siyasəti, xalqın ordumuza böyük dəstəyi inşada öz əksini tapmişdır. İnşa vətənpərvərlik hissi ruhunda yazılmış, üslubi səhvlərə yol verilməmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi