M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuş tədbir

İnsanın şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, söz ehtiyatının artmasında, məntiqi təfəkkürünün inkişafında və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu əvəzsizdir.

Milli-mənəvi dəyərlərimizin təbliği işi dövlətimizin əsas işlərindən biridir.

Azərbaycan Respublikası Təhsil nazirinin 04 aprel 2019-cu il tarixli, F-103 nömrəli əmrinə əsasən məktəbdə 19-23 aprel tarixlərində "Oxu günü" münasibətilə aprel ayında anadan olmuş Azərbaycan klassiklərinin əsərlərinin müzakirəsi keçirilib. Bu il "Şuşa ili" olduğu üçün IX "A" sinif şagirdləri ilə də Azərbaycan xalqının böyük sənətkarı M.P.Vaqifin həyat və yaradıcılığına aid tədbir keçirilib. Şairin realist Azərbaycan ədəbiyyatının formalaşmasında müstəqil xidmətlərindən danışılıb, əsərlərindən nümunələr səsləndirilib.

Şairin Qarabağ tarixindəki mövqeyi və xanlığın idarəsində apardığı ictimai-siyasi fəaliyyəti haqqında da geniş məlumat verilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova şairin həm ədəbiyyatımız, həm də tariximizdəki rolu barədə şagirdlərə geniş məlumat verib. Şagirdlər şairin lirik şeirlərindən nümunələr söyləyiblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi