"Oxu günü"

Mütailə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda  aşılanması olduqca vacib amillərdən biridir. Çünki, çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir, zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir.

Aprelin 21-də "Oxu günü" çərçivəsində keçirilən tədbirdə mütaliəçilər 5 sinif şagirdləri olub. Şagirdlərə müxtəlif kitabların müzakirələri, kitablarla bağlı fikirlərin bölüşdürülməsi, yazıçı və şairlər haqqında maraqlı məlumatlar verilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi