Aprel döyüşləri mövzusunda "dəyirmi masa"

2016-cı il aprelin əvvəlində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da erməni səngərləri haqqında mifi alt-üst oldu. 

Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqini tapdı ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına icazə verilməyəcək. 

Aprelin 6-da məktəbin Fəaliyyət Planına uyğun olaraq Aprel döyüşləri mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da əsasən Azərbaycan əsgərlərinin mərdliklərindən, şücaətlərindən, cəsurluqlarından danışılıb. Aprel döyüşləri 44 günlük müharibənin başlanğıcı olduğu qeyd edilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi