"31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə" həsr olunmuş "dəyirmi masa"

Məktəbdə "31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə" həsr olunmuş "dəyirmi masa" keçirilib. İlk olaraq "dəyirmi masa"da erməni daşnaklarının Quba, Şamaxı, Lənkəran, Bakı və başqa şəhərlərdə keçirtdiyi soyqırımlardan, tarix boyu xalqımızın başına gətirilən bəlalar haqqında danışılıb. Məlumat verilib ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Sonda bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilən bu hadisələri soyqırım adı vermişdir. Hər il 31 Mart tarixi Azərbaycanlıların soyqırımı kimi qeyd olunur.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi