Ağacəkmə aksiyası
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164767751062359046b4df70.51566208.jpg)
Martın 18-də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.
Ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə keçirilən aksiyada məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Eyni zamanda, əvvəlki illərdə əkilən ağaclara da qulluq göstərilib. Məktəbin həyətində təmizlik işləri aparılıb.