"Bahar çələngi" adlı tədbir
Martın 17-də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq "Bahar çələngi" adlı tədbir keçirilib.
Məktəbin direktoru Arifə Balakişiyeva şagirdləri xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edib, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyindən danışıb. Tədbirdə şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.