"Bahar çələngi" layihəsi ilə bağlı "dəyirmi masa"
Martın 14-də məktəbdə "Bahar çələngi" layihəsi çərçivəsində "dəyirmi masa" təşkil olunub. Şagirdlərə Novruz bayramının YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-nin "Beynəlxalq Novruz Günü" elan edilməsi haqqında məlumat verilib. Şagirdlər bahara, səməniyə həsr edilmiş şeirlər söyləyiblər.