"1 mart-Ümumdünya Mülkü Müdafiə Günü"

"1 mart-Ümumdünya Mülkü Müdafiə Günü" münasibətilə məktəbdə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onlara baş verə biləcək yanğın, qəza və təbii fəlakət hadisələri zamanı təxliyə olunmanı öyrətməkdən ibarətdir.

Məktəbin hərbi rəhbəri Rauf Nəcəfquliyev şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardım göstərilməsi haqqında ətraflı məlumat verib. Rauf müəllim şagirdlərə ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə olunmasını izah edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi