Məktəbdə “Vətənpərvər şəbəkəsi təbliğatçı qrupların yaradılması” layihəsinin icrası məqsədilə tədbir keçirilib

Məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası” İctimai Birliyinin “Vətənpərvər şəbəkəsi təbliğatçı qrupların yaradılması” layihəsinin icrası məqsədilə tədbir keçirilib. Tədbirdə qonaq qismində İctimai Birliyin nümayəndələri - Ramil Süleymanov və Əli Məmmədov iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru bu işin əhəmiyyətindən danışıb. Samirə xanım Vətənpərvərlik tərbiyəsinin məktəbimizin işində həmişə öndə olması barədə məlumat verib. Daha sonra qurumun nümayəndələri müəllim və şagird kollektivinə “Vətənpərvərlik şəbəkəsi təbliğatçı qrupunun yaradılması “ işinin mahiyyəti və qurumun işi haqqında ətraflı məlumatlar veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi