"Xocalı soyqırımının otuzuncu ildönümü" ilə bağlı tədbir

26 fevral Azərbaycanın tarix səhifələrinə qanla yazılmış bir gündür. Erməni vandalizminin bariz nümunəsi olan Xocalı faciəsi illər keçdikcə daim ürəyimizi sızladacaq. Düzdür, Azərbaycan igidləri qisasımızı qiyamətə qoymadılar. 44 günlük müharibədə qazanılan zəfər yaralarımıza məlhəm olsa da, bu faciə heç vaxt unudulmamalıdır.

Fevralın 25-də məktəbdə "Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq tədbir keçirilib. Tədbirdə Xocalıda yaşanan dəhşətləri əks etdirən səhnələr göstərilib. Şagirdlərin səhnə performansı hər kəsi həyəcanlandırıb. Söylənilən şeirlər, səsləndirilən vətənpərvərlik mahnıları bir çoxlarının kövrəlməsinə səbəb olub. Lakin zəfər notları ilə zəngin olan sonluq həm məktəb heyyətinə, həm də gələn qonaqlara qələbə eyforiyasını bir daha yaşadıb. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi