Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi keçirilib

Bu il ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımın 30 ili tamam olur. Bu soyqırımda 1613 nəfər Xocalı sakini qətlə yetirilib, 1275 əsir, 150 nəfər isə itkin düşüb.

Fevralın 24-də "Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Şagirdlər bu sərgidə öz ürək ağrılarını, düşmənə qəzəblərini əyani surətdə nümayiş etdiriblər.

Soyqırımdan 30 il keçməsinə baxmayaraq bu faciə hər bir azərbaycanlının qan yaddaşına yazılaraq qalmış, silinməz izlər qoymuşdur. Sərgidəki şəkillər də bunu özündə əks etdirir. Gənc nəsil bu faciəni unutmayıb və heç bir zaman da unutmayacaq. Xocalı bizim qan yaddaşımızdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi